Bakıdakı "Villa Art" qalereyasında əməkdar rəssam Əşrəf Heybətovun "Şəhər və insanlar" adlı fərdi sərgisi açılıb. SİA-nın məlumatına görə, "Arts Council Azerbaijan"ın təşkilatçılığı və "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının dəstəyi ilə reallaşan sərgi paytaxtımızda keçirilən ilk Avropa Oyunlarına həsr olunub. Sərgidə rəssamın Bakı və onun insanlarının təsvir edildiyi otuzdan çox tablo nümayiş etdirilir.
Qeyd edək ki, rəssam 1951-ci ildə Bakıda doğulub, uzun müddətdir Almaniyada yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB