Xarici qonaqlara sazımızı dinlədilər FOTOLAR

Xarici qonaqlara sazımızı dinlədilər FOTOLAR

Bakıda keçirilən birinci Avropa Oyunları çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin yerli sakinlər və ölkəmizdə olan xarici qonaqlar üçün keçirdiyi konsert proqramları davam edir. Heydər Əliyev Sarayından SİA-ya verilən məlumata görə, "Yaxşı ki, sən varsan, ay sədəfli saz!" adlı konsert təşkil olunub. Azərbaycan aşıqlarının səsləndirdikləri biri-birindən gözəl və möhtəşəm milli saz havaları geniş tamaşaçı auditoriyası tərəfindən böyük maraqla qarşılanıb.

Konsertdə əməkdar mədəniyyət işçiləri Əhliman Rəhimov, Gülarə Azaflı, Nemət Qasımlı, Ədalət Dəlidağlı, Ulduz Quliyeva və Ağamurad İsrafilovun repertuarında "Göyçə gözəlləməsi", "Buxari", "Qəhrəmani", "Ruhani" və s. milli ruhda köklənmiş ifalar səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə