Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Macarıstanın İnsan resursları naziri Zoltan Baloqu qəbul edib. SİA-nın verdiyi məlumata görə,görüşdə iki ölkə arasında əməkdaşlıq məsələlərinin əhəmiyyəti vurğulanmış, mədəniyyət və turizm sahələri üzrə mövcud normativ-hüquqi baza və əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.
Son dövrlərdə Macarıstan və Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdiyi və iki ölkə rəhbərliyinin səyləri nəticəsində xalqlar arasında əlaqələrin daha da dərinləşməsinə imkan verdiyi bildirilib.
Zoltan Baloq qeyd edib ki, Macarıstanın mədəniyyət məsələləri üzrə Dövlət katibi Peter Hoppal III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini bildirmiş və tədbirin onda yüksək təəssürat yaratdığını vurğulayıb. Nazir həmçinin, Azərbaycanın mədəni irsinə aid görməli yerlərini ziyarət etmək istədiyini bildirib.
Nazir Əbülfəs Qarayev lazımi şəraitin yaradılması üçün tapşırıqlar verib.
Zoltan Baloq qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkür etmiş Azərbaycan-Macarıstan arasında əlaqələrin dinamik prosesinin şahidi olduğundan məmnunluğunu ifadə etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB