"Yaxşı ki, sən varsan, ay sədəfli saz!"

"Yaxşı ki, sən varsan, ay sədəfli saz!"

Bakıda keçirilən I Avropa Oyunları müddətində Mədəniyyət və Turizm Nazirliyinin yerli sakinlər və ölkəmizə gələn turistlər üçün təşkil etdiyi konsert proqramları davam edir. SİA-nın verdiyi məlumata görə, iyunun 25-də, saat 19.00-da Heydər Əliyev Sarayında "Yaxşı ki, sən varsan, ay sədəfli saz!" adlı böyük aşıq konserti keçiriləcək. Konsertdə əməkdar mədəniyyət işçiləri Əhliman Rəhimov, Gülarə Azaflı, Nemət Qasımlı, Ədalət Dəlidağlı, Ulduz Quliyeva və Ağamurad İsrafilov çıxış edəcəklər.

Qeyd edək ki, gecədə, həmçinin Cahangir Quliyev, Telli Borçalı, Zülfiyyə İbadova, Fəzail Miskinli, Solmaz Kosayeva, Əli Tapdıqoğlu, İlham Aslanbəyli, Avdı Musayev, Dəmir Vəliyev və digər aşıqların da ifaları dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə