Bakı beynəlxalq siyahıda yer alıb turistlər üçün ən yaxşı məkan

Bakı beynəlxalq siyahıda yer alıb turistlər üçün ən yaxşı məkan

Dünyanın ən çox satılan bələdçilərindən olan "Lonely Planet" nəşri Avropanın ən yaxşı yerlərinin siyahısını təqdim edib. SİA-nın məlumatına görə, siyahıda Azərbaycanın paytaxtı Bakı ilk onluqda 7-ci sırada yer alıb. Bakı həmçinin, post sovet ölkələrindən siyahıda yer tutan yeganə şəhər olub. Paytaxt Bakının Avropanın bir hissəsi kimi göstərildiyi siyahıda şəhərin qitənin ən sürətli dəyişən məkanlarından biri olduğu bildirilib.

Nəşrdə Bakı şəhərinin sovet zamanındakı görünüşünün sürətlə Dubay və Paris parıltısı ilə əvəz olunduğu qeyd olunub.

Bakının yeni memarlıq simvolu olan Heydər Əliyev Mərkəzi, YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş İçərişəhər və yaradıcı işıq şousu ilə gecələr göz oxşayan Alov qüllələrinin adları xüsusi olaraq vurğulanır.

Bakıda keçirilən I Avropa Oyunlarının turistlərin sayının artmasında önəmli rolu olacağı qeyd olunan nəşrdə Baku-2015-in rəsmi saytının keçid linki verilib.

Beləliklə, nəşrin hazırladığı Avropanın ən maraqlı yerlərinin siyahısı aşağıdakı kimidir:

1. Akureyri, İrlandiya

2. Leypsiq, Almaniya

3. Azor adaları, Portuqaliya

4. Malaqa, İspaniya

5. Belqrad, Serbiya

6. Piedmont, İtaliya

7. Bakı, Azərbaycan

8. Amsterdam, Niderland

9. Tromse, Norveç

10. Porto, Portuqaliya

Ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə edə bilərsiniz:

http://www.lonelyplanet.com/travel-tips-and-articles/lonely-planets-best-places-in-europe-2015

Bütün xəbərlər Facebook səhifəmizdə