TÜRKSOY-un növbəti "Rəssamlar görüşü"

TÜRKSOY-un növbəti "Rəssamlar görüşü"

TÜRKSOY təşkilatı türkdilli ölkələrin sənət adamlarını bir araya gətirmək, onların arasında yaradıcı ünsiyyəti genişləndirmək məqsədilə müxtəlif layihələr həyata keçirir. SİA-nın məlumatına görə, belə ənənəvi layihələrdən biri də hər il təşkil olunan "Rəssamlar görüşü"dür.

Bu il 18-ci dəfə keçiriləcək "TÜRKSOY rəssamlar görüşü"nə Türkiyənin Aksaray şəhəri ev sahibliyi edəcək. Qardaş ölkələrin fırça ustaları iyulun 20-dən avqustun 2-dək burada bir araya gələcəklər.

Qeyd edək ki, "TÜRKSOY rəssamlar görüşü" ötən il iyunun 16-dan iyulun 5-dək Azərbaycanda, qədim Şəki şəhərində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə