Aliyə Maldequlovanın yubileyi qeyd edilib

Aliyə Maldequlovanın yubileyi qeyd edilib

II Dünya Müharibəsində snayper kimi 80 faşisti məhv edərək, 18 yaşında qəhrəmanlıqla həlak olmuş Sovet İttifaqı Qəhrəmanı, Qazaxıstanın qəhrəman qızı Aliyə Maldequlovanın 90 illiyi münasibətilə onun vətəni Aktube şəhərində silsilə xatirə tədbirləri keçirilib. SİA-nın məlumatına görə, faşizm üzərində qələbənin 70 illiyi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov da iştirak edib.

S.Fərəcov silsilə tədbirlər çərçivəsində təşkil olunan beynəlxalq mahnı müsabiqəsində münsiflər heyətinin üzvü kimi ölkəmizi təmsil edib.

2 mərhələdən ibarət bu müsabiqədə iştirak edən gənc həmyerlimiz, Azərbaycan Dövlət Filarmoniyasının solisti, müğənni Fəxr Kazım Nicat uğurla çıxış edərək II yerə layiq görülüb. O, müsabiqənin diplomu və pul mükafatı ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə