İtaliya ansamblı Bakıda konsert verəcək

İtaliya ansamblı Bakıda konsert verəcək

Bakıda keçirilən I Avropa Oyunları müddətində Mədəniyyət və Turizm Nazirliyinin yerli sakinlər və ölkəmizə gələn turistlər üçün təşkil etdiyi konsert proqramları davam edir. SİA-nın məlumatına görə, iyunun 24-də Müslüm Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında İtaliyanın "Le Dev4s" ansambılı və Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin birgə konsert proqramı keçiriləcək. Musiqiçi və prodüser Françeska Volpini tərəfindən yaradılmış "Le Dev4s" dörd italiyalı sopranosundan ibarət ansambıldır. Yalnız qadınlardan ibarət olan bu ansambl Motsart, Bellini, Verdi və Puçini də daxil olmaqla ən məşhur opera nümunələrinin və mahınıların interpertasiyasını təqdim edir.

Qeyd edək ki, konsert proqramı saat 21:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə