Milli Ordunun yaranma günü münasibətilə konsert olub FOTOLAR

Milli Ordunun yaranma günü münasibətilə konsert olub FOTOLAR

Ə.Əmirov adına Mədəniyyət Sarayının yaradıcı kollektivləri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Şurası və "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyi ilə birlikdə "N" saylı hərbi hissədə 26 iyun - Milli Ordunun yaranma günü münasibətilə rəngarəng konsert proqramı təqdim ediblər. Mədəniyyət və Turizm İdarəsindən SİA-ya verilən məlumata görə, konsertdə "N" saylı hərbi hissənin komandiri, polkovnik Münasib Babayev, "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyin layihə rəhbəri və təşkilatçısı Mətanət Atakişiyeva, Azərbaycan Televiziyasının əməkdaşı Səadət xanım, Ə.Əmirov adına Mədəniyyət Sarayının direktoru İ. Əhmədov və digər qonaqlar çıxış edərək, hərbçiləri Milli Ordunun yaranma günü münasibətilə təbrik ediblər. Sonra Mədəniyyət Sarayının yaradıcı kollektivləri ,"Günəş" və "Xəzər" rəqs kollektivləri , solistlər İ.Axundov, S.Quluyev, V.Quliyeva, Ə.Ağakişiyev maraqlı və rəngarəng konsert proqramı ilə əsgər və zabitlər qarşısında çıxış ediblər.

Qeyd edək ki, tədbirin sonunda Ə.Əmirov adına Mədəniyyət Sarayı əsgər və zabitlərə göstərilən diqqət və qayğıya görə Fəxri Fərmanla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə