“Boy çiçəyi”

İyunun 23-də Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" və yaxud "Boy çiçəyi" pyesi əsasında xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovun quruluşunda "Boy çiçəyi" tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə tamada əsas rolları xalq artisti Fuad Poladov, əməkdar artist Məsmə Aslanqızı ifa edəcəklər.

Qeyd edək ki, ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan "qarşılıqsız" məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə