ATMU Elmi Şurasının illik yekun iclası keçirilib

ATMU Elmi Şurasının illik yekun iclası keçirilib

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Elmi Şurasının iclasında" 2014/2015-ci tədris ilinin yekunları və 2015/2016-cı tədris ilinə hazırlığın vəziyyəti haqqında" müvafiq struktur rəhbərlərinin təqdimat - məruzələri dinlənilib. ATMU -nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclası Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov giriş sözü ilə açıb. Rektor C.Cəfərov gündəlikdəki məruzə və çıxışlara münasibət bildirməklə bərabər, ölkə turizm sənayesi, 2023-cü ilə kimi ixtisaslı kadr hazırlığı və əmək bazarı göstəricilərinin müqayisəli təhlili əsasında proqnoz artım əmsalını tələb və məsuliyyət müstəvisində detallı şərh edib. Turizm və Menecment Universiteti olaraq zamanın tələbinə müvafiq ciddi fəaliyyət göstərməyin vacibliyini xüsusi vurğulayıb.

Qeyd edək ki ATMU-nun Tədris işləri üzrə prorektoru Eldar Aslanov, Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva, institut dekanları və digər müvafiq struktur rəhbərlərinin 2014/2015-ci tədris ilinin yekunları və 2015/2016-cı tədris ilinə hazırlığın vəziyyəti haqqındakı məruzə və çıxışları geniş müzakirəyə səbəb olub. Elmi Şura üzvləri tərəfindən irəli sürülən rəy və təkliflərin nəzərə alınması qərarlaşdırılıb.

Elmi Şuranın növbəti iclasında Azərbaycan Turizm və Menecment Universitetinin(ATMU) doktorant və dissertantlarının fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tədqiqat mövzularının və elmi rəhbərlərinin təsdiqi Əlaqələndirmə Şurasına tövsiyə edilib. ATMU-nun 2014/2015 tədris ilinin son iclasında ali təhsil ocağının rektoru Cəfər Cəfərov İctimai fənlər kafedrasının dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlını anadan olmasının 60 illiyi münasibəti ilə universitetin kollektivi adından təbrik edib. Yubilyara xatirə hədiyyəsi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə