Tanınmış şairə vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şairə Zivər Ağayeva vəfat edib. SİA-nın AYB-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, uzun müddətdir xəstəlikdən əziyyət çəkən Z.Ağayeva bu gün səhər saatlarında dünyasını dəyişib. Vida mərasimi şairənin Bilgəhdəki bağ evində olacaq.

Xatırladaq ki, Zivər Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində anadan olub. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirib. "Azərbaycan qadını" jurnalında işləyib. Azərbaycanın bır çox tanınmış müğənniləri Zivər Ağayevanın sözlərinə yazılan mahnılar oxuyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə