Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nüfuzlu teatr festivalına dəvət alıb. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, noyabrın 8-dən 14-dək Çinin Fujian əyalətində ənənəvi Asiya Sənət Festivalı çərçivəsində 14-cü beynəlxalq kukla və kölgə festivalı keçiriləcək. Azərbaycan Dövlət Kukla Teatrının da təmsil olunacağı festivalda hər teatr kollektivi 3-4 tamaşa və kukla oyunu səhnəciyi ilə iştirak edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB