Heydər Əliyev Sarayında İsrail Kibbutz Müasir Rəqs Şirkətinin gənc baletmeysterlərinin ifasında dünya şöhrətli xoreoqraf və qurumun bədii rəhbəri Rami Beerin "Bax üçün laylay" proqramı təqdim olunub. SİA-nın məlumatına görə, şimali İsrailin beynəlxalq rəqs kəndi sayılan Kibbuts Gaatandan gəlmiş qonaqların səhnə məharətləri geniş tamaşaçı auditoriyası tərəfindən alqışlarla qarşılanıb.
Rami Beer bildirib ki, birinci Avropa Oyunları ərəfəsində səhnədə çıxış etmək üçün Bakıya dəvət edilməyindən şərəf duyur. O deyib: "Təqdim etdiyimiz proqramda dünya dəyişir, o, dağılır və yenidən qurulur. Nəsillər yetişir. Nəsillər məhv olur. Lakin laylalar musiqi kimi əbədi yaşayır".
Qeyd edək ki, Kibbutz Müasir Rəqs Şirkəti 1970-ci ildə Yehudit Arnon tərəfindən təsis edilib və dünyanın aparıcı müasir rəqs şirkəti kimi tanınır.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB