“Leyli və Məcnun” operası

İyunun 20–də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizdə olan xarici qonaqlar və yerli tamaşaçılar üçün Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasını təqdim edəcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, operada Məcnun rolunu xalq artisti Mənsum İbrahimov, Leyli rolunu isə xalq artisti Nəzakət Teymurova ifa edəcəklər.

Qeyd edək ki, tamaşaya teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə