Cəfər Cabbarlı Komissiyası yaradıldı FOTO

Cəfər Cabbarlı Komissiyası yaradıldı FOTO

Azərbaycan Yazıçılar Birliyində keçirilən toplantıda önəmli qərar qəbul edilib. SİA-nın məlumatına görə, AYB sədri, Xalq yazıçısı Anarın iştirakı ilə keçirilən toplantıda Azərbaycan Yazıçılar Birliyinin tərkibində Cəfər Cabbarlı Komissiyasının yaradılması ilə bağlı müzakirələr aparılıb. Elə həmin gün Azərbaycan Yazıçılar Birliyinin sədri bu qərarla bağlı əmr imzalayıb. Əmrdə deyilir: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında, mənəvi dəyərlərimizin zənginləşməsində, milli şüurun oyanışında, vətənpərvərlik duyğularının təbliğində, dilimizin saflığında misilsiz xidmətlər göstərmiş milli sənətkar, böyük dramaturq Cəfər Cabbarlının ədəbi-bədii irsinin tədqiqi və təbliği sahəsində sistemli fəaliyyət göstərmək, elmi konfranslar, sessiyalar, müsabiqələr, disputlar keçirmək, kitablar, bukletlər hazırlamaq, təqdimat mərasimləri, qiraət yarışları təşkil etmək, qalibləri mükafatlandırmaq və s. məqsədilə Azərbaycan Yazıçılar Birliyinin tərkibində Cəfər Cabbarlı Komissiyası yaradılsın.

Komissiyanın tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:

Asif Rüstəmli – Sədr, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü

Qəmər Seyfəddinqızı – Cəfər Cabbarlı ev muzeyinin direktoru

Gülşən Əliyeva – Kəngərli – ADMİU-nun prorektoru, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü

Tahirə Məmməd – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü

Süleyman Kaan Yalşın – Türkiyə, Elazığ şəhəri, Fırat Universiteti, dosent, doktor

Elnarə Akimova – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə