I Avropa Oyunları ilə bağlı reklam-çap məhsulları yayılmaqdadır FOTOLAR
I Avropa Oyunlarının Bakıda keçirilməsi idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaratması ilə yanaşı ölkəmizin mədəniyyətinin, turizm potensialının təbliği baxımından da mühüm rol oynayır. SİA-nın məlumatına görə, bu məqsədlə I Avropa Oyunları ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni "Bakının kafe və restoranları", "Muzeylər, qoruqlar və qalereyalar", "Teatrlar, kinoteatrlar və konsert zalları" və "Parklar" adlı yeni reklam-çap məhsulları hazırlanıb.
Həmçinin Oyunlar çərçivəsində ölkəmizə səfər edən xarici qonaqlar arasında yayılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ümumilikdə 18 adda reklam-çap məhsulları sifariş edilmib. Azərbaycanın turizm potensialını əks etdirən və müxtəlif mövzuları əhatə edən reklam-çap məhsullarının Bakı və Mingəçevir şəhərlərində 20-dən artıq məntəqədə ödənişsiz yayılması həyata keçirilməkdədir.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB