Görkəmli dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumatına görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının və Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrının birgə layihəsi olan "Şeyx Sənan" faciəsi hər iki teatrda Azərbaycan və gürcü dillərində tamaşaya qoyulacaq. Əvvəlcə Bakıda sonra isə Tbilisidə nümayiş olunacaq tamaşanın birinci hissəsi Azərbaycan dilində, ikinci hissəsi isə gürcü dilində təqdim ediləcək.
Qeyd edək ki, "Şeyx Sənan" faciəsi gürcü dilinə tərcümə edilib və əsərin gürcü dilində olan nüsxəsi Gürcüstandan Azərbaycana göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB