I Avropa Oyunlarına həsr olunan “Kofe rəngi” adlı sərgi açılacaq
19 iyun tarixində Azərbaycanın Muzey Mərkəzinin Sərgi Qalereyasında "Kofe rəngi" adlı sərgi açılacaq. SİA-nın məlumatına görə, "Coffee planet" şirkətinin sponsor dəstəyi ilə keçirilən Mədəniyyət və Turizm Nazirliyinin bu böyük art-layihəsi bu günlərdə paytaxtımızda keçirilən I Avropa oyunlarına həsr edilib və 30 iyun tarixinədək davam edəcək.
Sərginin ekspozisiyasına rəngkarlıq kətanları, qrafik əsərlər, heykəltəraşlıq, batika, instalyasiya və müəllif kuklaları daxildir. İncəsənət qalereyasının ayrıca zalı məşhur rəssam İrina Eldarovanın fərdi layihəsinə verilib.
Vernisajda həmçinin yaradıcılığı artıq tamaşaçılara muzey mərkəzinin ötən art layihələrində fəal iştirakı ilə yaxşı tanış olan Bakı dizayneri Nadya Tazıyevanın geyim nümayişi təşkil olunacaq.
Sərgi çərçivəsində qəhvə maşınlarının yenimodelləri nümayiş olunacaq. Vernisajda hazır məhsulun dequstasiyası ilə təbii qəhvənin müxtəlif növlərinin təqdimatı keçiriləcək. Beləliklə, qəhvəyə həsr olunmuş sərgi bu günlərdə Muzey Mərkəzində nümayiş olunan digər ekspozisiya ilə vəhdət təşkil edir. Digər ekspozisiya dedikdə isə məşhur şokolate Nikolya tərəfindən tamaşaçıların əldə etməsi üçün hazırlanmış ləziz suvenirlər səyyar şokolad muzeyi sərgisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB