Rumıniya telekanalında Bakı haqqında film

Rumıniya telekanalında Bakı haqqında film

Rumıniyanın "TVR2" ictimai televiziya kanalında "Bakı küləklərin qoynunda" adlı sənədli film göstərilib. SİA-nın məlumatına görə, Azərbaycanda olmuş rumıniyalı jurnalistlər ölkəmizin tarixi, adət-ənənələri, Azərbaycanlıların qonaqpərvərliyi, "Bakı-2015" birinci Avropa oyunları barədə məlumat verib. Şəhərin gözəl guşələri, yaşıllıqları, aparılmış abadlıq işləri filmdə öz əksini tapıb.

Qeyd edək ki, "TVR2" kanalında dünyanın müxtəlif şəhərləri haqqında veriliş hər həftə yayımlanmaqdadır.

Filmlə aşağıdakı linkdə tanış olmaq olar:

http://www.tvrplus.ro//editie-cap-compas-341483

Bütün xəbərlər Facebook səhifəmizdə