Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə "Eviniz abad" ("Köşk") şərti adlı tammetrajlı bədii filminin istehsalına başlanılıb. SİA-nın məlumatına görə, hazırda filmin çəkiliş məkanlarının və aktyorlarının seçimi üzərində işlər davam etdirilir.
Romantik komediya janrında olan, qeyri-adi bir əhvalat üzərində qurulmuş, azərbaycanlı oğlanla gürcü qızının məhəbbətindən bəhs edən filmdə hadisələr Azərbaycanda və Gürcüstanda baş verir.
Filmin ssenari müəllifi İmir Məmmədli və Mirsadıq Ağazadə, quruluşçu rejissoru Mirsadıq Ağazadə, quruluşçu operatorları Elxan Rüstəmov, Ruslan Ağazadə, bəstəkarı Rauf Əliyev, rəssamı Əziz Məmmədov, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB