“Balaca böyüklərin dünyası”

Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda "Balaca böyüklərin dünyası" adlı fotosərgi açılıb. SİA-nın verdiyi məlumata görə, Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən uşaq fotosərgisi Bakıda ilk dəfə baş tutub.

Tədbirdə xalq rəssamları Ağəli İbrahimov və Arif Hüseynov çıxış edərək sərginin əhəmiyyətini vurğulayıblar.

Həvəskar fotoqraf İrina Abdullahın əsərlərinin nümayiş olunduğu sərginin əsas məqsədi uşaqların böyüdüyü ailə dəyərlərinin qorunması, onların xoşbəxt gələcəklərinin təmin edilməsidir.

Xeyriyyə məqsədi ilə açılan fotosərgidə 64 əsər nümayiş olunur. Sərgidən əldə olunan gəlirlə kimsəsiz və fiziki qüsurlu uşaqlara yardım göstəriləcək.

Qeyd edək ki, fotosərgi 4 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə