Niyazinin mənzil-muzeyində Milli Qurtuluş Günü qeyd olunub

Niyazinin mənzil-muzeyində Milli Qurtuluş Günü qeyd olunub

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində 15 İyun - Milli Qurtuluş Günü qeyd edilib. SİA-nın məlumatına görə, tədbiri muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq bu günün tarixi əhəmiyyətindən danışıb.

Sonra mənzil-muzeyinin şöbə müdiri Xanım Abdinova "Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafında rolu" mövzusunda məruzə edib.

Tədbir bəstəkar, əməkdar incəsənət xadimi Vasif Allahverdiyevin "Heydər Əliyev-ömür yolu" simfonik poemasının film versiyasının və Ümummilli Liderin çox sevdiyi Azərbaycan xalq mahnılarından ibarət videoçarxın nümayişi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə