“İntizar” monodramı Dubrovnik Yay Festivalında səsləndiriləcək

“İntizar” monodramı Dubrovnik Yay Festivalında səsləndiriləcək

İyulun 27-də və 30-da görkəmli bəstəkar Arnold Şönberqin "İntizar" monodramı Əməkdar İncəsənət Xadimi Fərəc Qarayevin redaktəsində Xorvatiyada Dubrovnik Yay Festivalında səsləndiriləcək. SİA-nın məlumatına görə, əsəri Xorvatiyanın "Cantus" ansamblı təqdim edəcək. Qeyd edək ki, Arnold Şönberqin böyük orkestr və soprano üçün yazdığı "İntizar" monodramını bəstəkar Fərəc Qarayev 2004-cü ildə instrumental ansambl və soprano üçün işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə