İdmançı və qonaqlar üçün daha bir YENİLİK

İdmançı və qonaqlar üçün daha bir YENİLİK

İyunun 13-də Azərbaycan Evi fəaliyyətə başlayıb. SİA-nın verdiyi məlumata görə, burada birinci Avropa Oyunları zamanı hər axşam müxtəlif əyləncəli proqramların təşkili, gün ərzində müxtəlif idman növlərində uğur qazanmış idmançıların adlarının elan olunması, uğurlarının müzakirə edilməsi nəzərdə tutulub. "Bakı-2015"-in ulduz elçisi Murad Dadaşov bildirib ki, müasir üslubda qurulan bu məkanda idmançıların, şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Qeyd edilib ki, burada hər gecə əcnəbi qonaqlara bir Azərbaycan sözünün öyrədilməsi, ölkəmizə, xüsusən də gənclərə məxsus dəyərlərin çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, tədbir əyləncəli proqramla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə