Rus Dram Teatrı mövsümü bağlayır

Rus Dram Teatrı mövsümü bağlayır

İyulun 3-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 94-cü mövsümə yekun vuracaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mövsümün son tamaşası "Məhəbbət üçbucağı" olacaq. Tamaşanın quruluşçu rejissoru xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovski, geyim üzrə rəssamı Olqa Abbasova, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi Vladimir Neverov, xoreoqrafiya işi Raul Turkkanındır.

Yaşı 18-dən aşağı olanlar bu tamaşaya buraxılmayacaq.

Qeyd edək ki, komediya janrında olan tamaşada xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Natalya Şarovskaya, Əsgər Rəhimov, aktyorlar Maqsud Məmmədov və Rüstəm Kərimov çıxış edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə