"Bakı 2015"ə həsr edilən konsert olub

"Bakı 2015"ə həsr edilən konsert olub

Heydər Əliyev Sarayında "Sevimli mahnılar" adlı musiqili-əyləncəli konsert proqramı keçirilib. Sarayın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sarayın təşəbbüsü ilə keçirilən konsertdə ölkəmizin gənc və istedadlı sənətçiləri əməkdar artist Səlim Abbasov (skripka), Yaşar Cəlilov, Mirkamil Kamilov, Sevil və Sevinc Səfərovalar, Rəvan Qarayev, İlham Kərimli(rəqs) və başqaları iştirak ediblər.

İlk Avropa Oyunlarına həsr olunan konsertdə paytaxtımızın sakinləri və şəhərimizin qonaqları Sarayın səhnəsində maraqlı, rəngarəng musiqili proqrama tamaşa ediblər. Gənc sənətçilər insanları İlk Avropa Oyunlarını dəstəkləməyə və izləməyə dəvət edərək, oyunların öz möhtəşəmliyi ilə uzun müddət yaddaşlardan silinməyəcəyini bildiriblər.

Ənənəvi olaraq, Heydər Əliyev Sarayının rəhbərliyinin dəvəti ilə bir sıra şəhid ailələri və müharibə veteranları təşkilatlarının kollektivləri təmənnasız olaraq musiqili-əyləncəli konsertə qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə