Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Qubada "Azərbaycan multikulturalizmi" mövzusunda mühazirə keçirib. Heydər Əliyev mərkəzində baş tutan tədbirdə rayonun gəncləri və ziyalıları iştirak edib. SİA-nın verdiyi məlumata görə, mərkəzin analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə tədbir iştirakçılarına multikulturalizm dəyərləri, bunun müasir Azərbaycan cəmiyyətində rolu, tarixi-siyasi, eləcə də milli-mədəni qaynaqları haqqında məlumat verib. N.Qasımzadə bu tədbirdə Azərbaycan hökumətinin multikultural siyasəti, Azərbaycanın multikulturalizm modelinin nümunəvi potensialı və xüsusiyyətlərinə diqqət çəkərək dünyadakı multikulturalizm modelləri ilə müqayisəli təhlillər aparıb.
Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi: səyyar dərslər" layihəsi çərçivəsində reallaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB