"Heydər Əliyev və Milli Mənəvi İncimiz Muğam”

"Heydər Əliyev və Milli Mənəvi İncimiz Muğam”

Samux rayon Heydər Əliyev Mərkəzi və Sərkar kənd Musiqi Məktəbinin birgə təşəbbüsü və təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş "Heydər Əliyev və Milli Mənəvi İncimiz Muğam" adlı Samux rayonunda ilk muğam gecəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Samux rayon İcra Hakimiyyətinin İcra Başçısı Alı Qocayev və digər rayon rəsmiləri, Gəncə Dövlət Universitetinin dosenti Ziyafət Bayramova qonaq qismində iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın zəngin irsini, milli mənəvi sərvətlərimizə necə dəyər verməsini və zəngin musiqi mədəniyyətinə malik olan Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən olan muğamın qorunması, yaşadılması və dünyaya tanıdılmasında Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən danışıb. Həmçinin dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq hələ 2003-cü ildə Azərbaycanın muğam sənəti YUNESCO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edildiyini" də qeyd edib.

Sonra İcra Başçısı Alı Qocayev də iştirak edərək Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik edib və ifaçılara uğurlar arzulayıb.

Daha sonra tədbirin qonağı Gəncə Dövlət Universitetinin dosenti Ziyafət Bayramova da çıxış edərək muğamın sirləri haqqında iştirakçıları məlumatlandırdı və ilk muğam gecəsi təşkilatçılarını və iştirakçılarını təbrik edib.

Tədbir Sərkar Kənd və Samux şəhər Musiqi Məktəblərinin istedadlı yetirmələrinin muğam ifaları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə