Xalq şairi Fikrət Qocanın "Bakı 2015" I Avropa Oyunlarına həsr etdiyi (yeni) şeirini SİA oxucularına təqdim edirik.
Gənclik gözəllikdi, sevgi həvəsdi,
Gözəl dünyamızı qorumaq üçün
Gəncliyin sevinci, gülüşü bəsdi,
Təki yarış olsun dünyada hər gün!
Olimpdən yarışa baxan allahlar,
Dünyaya insandan yaxın allahlar,
Baxma yay fəslidir, dünyada qışdır,
Yarış da
görüşdür,
yarış – barışdır!!!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB