Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Azərbaycan Milli Elmlər Akademiyasının, Memarlar İttifaqının, Ədliyyə Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Nəqliyyat Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrindən ibarət işçi komissiyası yaradılıb. SİA-nın verdiyi məlumata görə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında İşçi komissiyasının ilk iclası keçirildi. İşçi Komissiyanın sədri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov iclası açaraq dövlət başçısının 27 dekabr 2013-cü il tarixli, 195 nömrəli Sərəncamı ilə təsdiqlənmiş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar işlərə yüksək templə başlanıldığını və bu istiqamətdə fəaliyyətin davam etdirildiyini bildirmişdir. Artıq qanunvericiliklə əlaqədar bir çox sərəncam və qərar layihələrinin hazırlanması və bu yaxınlarda öz təsdiqini tapacağı barədə məlumat verib.
Eyni zamanda Dövlət Xidmətinin rəisi abidələrin hazırkı vəziyyəti barədə ümumi məlumat verməklə təsdiq edilmiş Dövlət Proqramının əhəmiyyətini nəzərə alaraq abidələrin yenidən siyahıya alınmasının, vəziyyətinin, fəaliyyət istiqamətlərinin, qorunmasının, istifadə sahəsində hüquqi aktların təkmilləşdirilməsinin, beynəlxalq standartlara uyğunlaşdırılmasının, elektron mühafizə və müşahidə sistemlərinin tətbiqini, inventarlaşdırılmasının, pasportlaşdırılmasının, müasir tələblərə cavab verən məlumat bazasının yaradılmasının, bərpa-konservasiya işlərinin aparılmasının və digər tapşırıqların 2015-2020-ci illər ərzində həyata keçirilməsini iclas iştirakçılarının nəzərinə çatdırıb.
Xidmət rəisi Rayon (Şəhər) Mədəniyyət və Turizm Şöbələrinin yerlərdə abidələrin balans mənsubiyyətlərinin müəyyən edilməsi barəsində də öz fikrini bildirmişdir.
Dövlət Xidmətinin rəisi Zakir Sultanov iclasda Koordinasiya Şurasının yaradılması və Dövlət Xidmətinin sektor müdiri Arif Əliyevin Şuranın koordinatoru olması təklifini irəli sürüb. Təklif iclas iştirakçıları tərəfindən bəyənilib.
İclasda iştirak edən müxtəlif orqanların nümayəndələri ilə birgə müzakirələr aparılmış, Dövlət Proqramının icrası ilə əlaqədar onların təklifləri dinlənilib.
Qeyd edək ki, sonda komissiya üzvlərinin növbəti müzakirələrlə bağlı mütəmadi olaraq yığılacaqları barədə iclas iştirakçılarına məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB