“The Azerbaijani Kitchen” kulinariya kitabı beynəlxalq müsabiqədə qalib gəlib

“The Azerbaijani Kitchen” kulinariya kitabı beynəlxalq müsabiqədə qalib gəlib

Çinin Yantay şəhərində keçirilən "Gourmand World Cookbook Awards" müsabiqəsində "The Azerbaijani Kitchen" kulinariya kitabı "Ən yaxşı Şərqi Avropa Mətbəx Kitabı" nominasiyasında qalib gələrək I yer tutub. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan tərəfini kitabın müəllifləri Tahir Əmiraslanov və Leyla Rəhmanova təmsil etmişdir.

Kitab Azərbaycanın milli mətbəxinin və kulinariya ənənələrinin beynəlxalq səviyyədə təqdim və təbliğ edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə Böyük Britaniyanın Saqi Books nəşriyyatı tərəfindən nəşr olunmuş və beynəlxalq səviyyədə keçirilən "Gourmand World Cookbook Awards" müsabiqəsi çərçivəsində bir neçə mərhələni keçərək final mərhələsinə keçmişdi.

Dünyanın 125 ölkəsindən yüzlərcə nominantın və minlərcə kitabın iştirak etdiyi müsabiqədə "The Azerbaijani Kitchen" kulinariya kitabı ilə yanaşı Azərbaycan mətbəxindən bəhs edən daha 3 kitab qalib olmuşdur. Bunlar Rusiya təmsilçisi Stalik Xankişiyevin "Kaзaн. Кулинарный самоучитель (Узбекистан, Россия, Азербайджан)", ABŞ təmsilçisi Fəridə Buyuranın "Pomegranates and Saffron (A culinary journey to Azerbaijan)" və İran təmsilçisi Samira Jannatdostun "Samira's İnternational Cookbook " kitablarıdır.

http://www.cookbookfair.com/index.php/gourmand-awards

Bütün xəbərlər Facebook səhifəmizdə