“Bakı və bakılılar”

Azərbaycanın xalq yazıçısı və Bakı tarixinin bilicisi Qılman İlkinin "Bakı və bakılılar" kitabının dördüncü nəşri işıq üzü görüb. SİA-nın verdiyi məlumata görə, kitabın redaktoru, yazıçının oğlu Ayaz Musayevdir. 200 tirajdan ibarət olan "Bakı və bakılılar" kitabında yazıçı paytaxtımız və onun qədim tarixi haqqında geniş məlumat verib.

Kitabda Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hambalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi, xanlıqlardan tutmuş bu günümüzə qədər paytaxtın mənzərəsi ustalıqla təsvir edilib. Oxunaqlı dillə qələmə alınan bu əsəri qədim fotolar bəzəyir.

Qeyd edək ki, yaxın günlərdə kitabın təqdimatı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə