“Bakı 2015 Birinci Avropa Oyunlarına dəstək” aksiyası keçirilib FOTOLAR

“Bakı 2015 Birinci Avropa Oyunlarına dəstək” aksiyası keçirilib FOTOLAR

Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Turizm Peşə Məktəbinin tələbələrinin iştirakı ilə idman qaçışı təşkil edilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan gəncləri hər zaman olduğu kimi ölkə başçısı cənab İlham Əliyevin dövlət siyasətini dəstəkləyərək "Bakı 2015" Birinci Avropa Oyunlarının respublikamızın tanıdılmasında və beynəlxalq imicinin formalaşmasında, habelə qüdrətimizin dünyaya nümayiş olunmasında oynadığı rolunu dərk edərək, sözün əsl mənasında möhtəşəm oyunlarından kənarda durmaq istəmədikləri üçün, onun təbliğində yaxından iştirak etmək arzusunda olduqlarını bildirirlər.

"Bakı 2015 Birinci Avropa Oyunlarına dəstək" aksiyası Azərbaycan Turizm və Menecment Universitetində rəsmi açılış mərasimi ilə Bakı Bulvarında davam edilərək Azərbaycan Xalça Muzeyində tamamlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə