Azərbaycan Milli İncəsənət Muzeyində meksikalı rəssam Marqarita Moralisin "Rəngin simfoniyası" adlı fərdi sərgisi açılıb. SİA-nın verdiyi məlumata görə, tədbir Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni səfirliyinin açılışına həsr edilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva sərginin Azərbaycan və Avropanın tarixində mühüm əhəmiyyət daşıyan bir ərəfədə açılmasını xüsusi olaraq vurğulayıb.
Bir neçə il bundan əvvəl Meksikada Azərbaycan mədəniyyət günlərinin keçirilməsini diqqətə çatdıran natiq deyib ki, iki ölkə arasında mədəni sahədə əməkdaşlıq bundan sonra daha da genişlənəcək.
Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Flores söz alaraq sərginin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Milli İncəsənət Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən meksikalı rəssam Marqarita Moralis Azərbaycana ilk dəfə gəlməsindən, burada olduğu qısa bir zamanda milli incəsənət nümunələrimizlə tanışlığından geniş söz açıb.
Qeyd edək ki, sonra tədbir iştirakçıları rəsm əsərləri ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB