Fransanın paytaxtında yerləşən "Russkiy mir" qalereyasında "Paris təəssüratları" adlı sərgi açılıb. Sərgidə "Baku Art Corner" uşaq yaradıcılığı studiyası üzvlərinin rəsmləri təqdim olunub. Bakıdan gəlmiş 4-11 yaş arasında uşaqlar tanınmış rəssamlar Əsmər Nərimanbəyova və Səfiyyə Mirbabayevanın rəhbərliyi altında paytaxtın mənzərəli qəsəbələrində - Versal, Fontenblo, Barbizon, Jivernidə rəsmlər çəkiblər və sərgidə təqdim ediblər. Nümayiş etdirilən işlərin sırasında Bakıdan gətirilənlər də var.
Sərgiyə dəvət edilmiş UNESCO-nun əməkdaşları Günay Fərədova və Nigar Babayeva uşaqları təbrik edib, onlara diplom və xatirə hədiyyələri təqdim ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB