Gözlənilən an çox yaxındadır. Bakı Olimpiya Stadionu əyləncə və idmanın həyatda bir dəfə yaşanacaq nümayişi ilə parlaq şəhərin bütün mədəniyyət və tarixini sərgiləməyə hazırdır.
Bakı 2015-in möhtəşəm Açılış Mərasimində Azərbaycanın milli mədəniyyəti və Bakı şəhərinin müasir Avropadakı əhəmiyyətli yeri təntənəli surətdə qeyd olunacaq. Bədii rəhbəri Dimitris Papaioannounun olduğu mərasimdə 2 mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək.
"Bakı 2015" Açılış Mərasimi unudulmaz tədbir üçün bütün imkanlara sahibdir və buna dünya miqyasında keçirilən canlı yarış mərasimlərinə başçılıq edən dünyanın ən təcrübəli və tanınmış peşəkarlarından biri olan Katerina Uqvu nəzarət edəcək. Əslən Mançesterdən olan xanım Uqvu 2002-ci ildə doğma yurdunda keçirilən mərasimdə ilk dəfə prodüserlik etməklə mərasimlərin görkəmli prodüserinə çevrilib.
Qeyd edək ki, I Avropa Oyunlarının Açılış Mərasimi iyunun 12-də, yerli vaxtla axşam saat 21:00-da başlayacaq. Mərasim az.baku2015.com saytında və bütün dünyada canlı nümayiş olunacaq. Sehrin bir anına burada şahid ola bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB