"Bakı-2015" Birinci Avropa Oyunları münasibəti ilə görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Zamanın rəngləri"adlı sərgi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə "Qalereya 1969" Qalereyası tərəfindən keçirilən sərgidə görkəmli Azərbaycan rəssamlarının qalereyanın kolleksiyasına aid olan əsərlərinin təqdim olunur. Onların arasında Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Abdulxalıq, Vəcihə Səmədova, Mahmud Tağıyev, Oqtay Sadıqzadə, Mirismayıl Cəfərov, Cabbar Qasımov və başqalarının adlarını qeyd etmək olar.
Sərginin təşkilində əsas məqsəd özünəməxsus ənənələri olan bu qalereyanın kolleksiyasında illər ərzində toplanmış, son dərəcə böyük bədii dəyərə malik olan əsərlərin həm yerli tamaşaçıların, həm də xarici qonaqların diqqətinə təqdim etməkdən ibarətdir.
Əsərlərin işlənmə texnikası, orijinal bədii və kompozisiya həlli, koloriti onların hər birinin mənsub olduğu janrda böyük ustalıqla işləndiyini göstərir. Bu əsərlər ötən əsrdə yaradılıb.
Qeyd edək ki, sərgi 10 iyun, saat 17:00-da "Qalereya 1969" Qalereyasında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB