Rusiyanın "Gecə snayperləri" qrupunun konserti olacaq. SİA-nın verdiyi məlumata görə, əfsanəvi qrup konsertdə yeni albomundan mahnılar və ən yaxşı hitləri təqdim edəcək. Kollektivin rəhbəri Diana Arbeninadır.
Nəzərinizə çatdıraq ki, "Gecə snayperləri" qrupu 2013-cü ilin dekabrında 20 illiyini qeyd edib. Bu hadisə ilə əlaqədar qrupun "Crocus City Hall"da möhtəşəm konserti olub. "Gecə snayperləri" Berlin, Vyana, Praqa, Varşava, Riqa, Tallin, Vilnus, London, Paris və digər şəhərlərdə konsertlər verib.
Qeyd edək ki, konsert İyulun 11-də Yaşıl Teatrda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB