Səbail rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 3 nömrəli filialında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının iştirakı ilə "Narkomaniyaya yox deyək" başlığı altında tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, Bakıdakı 49, 91, 203, 236 nömrəli tam orta məktəblərin şagirdlərinin iştirak etdikləri tədbirdə kitabxananın müdiri Ç.Əliyeva narkomaniya ilə mübarizə məqsədilə uşaq və yeniyetmələrin məlumatlandırılmasının və əhalinin maarifləndirilməsinin vacibliyindən, sağlam gənclərin yetişdirilməsində kitabxanaların rolundan danışıb.
Qeyd edək ki, sonda sağlam gənclərin formalaşmasında belə maarifləndirici tədbirlərin vaxtaşırı keçirilməsi qərara alınıb və mövzu ilə əlaqədar sərgiyə baxış keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB