Özbək saytları Mehriban Əliyevanın fəaliyyəti barədə məqalələr yayıb
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə bu ölkənin aparıcı "podrobno.uz" və "uchildiz.uz" saytları öz səhifələrində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti, onun Azərbaycan mədəniyyətinin təbliğində və Olimpiya hərəkatında rolu barədə "Мехрибан Алиева - олицетворение добра и надежды" adlı məqalə veriblər. SİA-nın verdiyi məlumata görə, müəllif Özbək jurnalist Tulkin Eşbekov məqalədə qeyd edir: Yaşından, milliyyətindən və dini etiqadından asılı olmayaraq Mehriban xanım Əliyeva milyonlarla insanın hörmət və rəğbətini qazana bilmişdir. Ona hörmət edirlər və sevirlər ona görə ki, insanlara humanist münasibət göstərir, ehtiyacı olan insanlara qayğı ilə yanaşır və lazım olan anda onların dərdinə şərik ola bilir.
Məqalədən sitat: Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr bir çox aparıcı sahələri - təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə, ekologiya, idman və s. əhatə edir. Onun fəaliyyəti müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib və cəmiyyətin həyatında Azərbaycan qadınının rolu haqqında aydın təsəvvür yaradıb.
Mehriban Əliyeva özünü realizə edə bilən ahəngdar, məqsədyönlü və güclü qadınlar üçün bir etalon olub.
O yalnız, lider və ictimai xadim deyil, insanlar onu Azərbaycan qadının simasında bütün köməyə ehtiyacı olan şəxslərə yardım əlini uzatmağa hazır olan doğma insan kimi görürlər.
Mehriban xanım Əliyeva qarşıya qoyduğu vəzifələrdən biri də bütün bəşəriyyətə məxsus tarixi və mədəni abidələrin bərpası və bu işə dəstəkdir. Bu gün Azərbaycan dünya mədəni irsinin inciləri olan Versal Sarayının, Luvr Muzeyinin islam incəsənəti bölməsinin, Berlin qəsrinin, Romadakı Kapitoli muzeyinin bərpasında fəal iştirak edir.
Məqalədə vurğulanır ki, Azərbaycanda öz dünyəviliyi, müxtəlif xalqlar və dinlər arasında münasibətlərin səmimi məkanına çevrilən, əməkdaşlığa, qarşılıqlı hörmət və etimada əsaslanan, yüksək tolerantlıq ənənələri formalaşması ölkənin Birinci xanımının fəaliyyətində prioritet məsələlərdəndir.
Jurnalist Tulkin Eşbekov yazır: məhz xanım Əliyevanın təşəbbüsü ilə "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində müxtəlif dini obyektlər - Azərbaycanda Müqəddəs Məryəm Ana Kilsəsinin Milad Kilsəsi, Şamaxıda Cümə Məscidi, Gəncədə Həzrəti Zeynəb məscidi, Bakıda Pir Həsən ziyarətgahı, Fransada və Rusiyada bir çox dini obyektlər bərpa və restavrasiya edilib.
Məqalədə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin təbliğində, dünyanın aparıcı ölkələrində Azərbaycan mədəniyyət günlərinin və təqdimat layihələrinin keçirilməsinin ölkənin nüfuzunun yüksəlməsinə və tanıdılmasına xidmət etdiyini bildirir.
Müəllif Azərbaycan üçün böyük bir tarixi hadisə, ilk Avropa Olimpiya oyunları, Mehriban xanım Əliyevanın bu oyunları keçirilməsi üzrə təşkilat komitəsinin rəhbəri kimi fəaliyyəti barədə geniş məlumat verir.
2012-ci ilin dekabrında Romada Azərbaycanın paytaxtı Bakı şəhərində İlk Avropa Olimpiya oyunlarının keçirilməsi qərarı ölkənin dünyaya tanıdılması istiqamətində yeni-yeni imkanlar açmış oldu.
Qeyd olunur ki, bu tarixi qərar, Azərbaycana Avropa Olimpiya ailəsi tərəfindən göstərilən böyük etimadı idi. Çünki digər qitələrdən fərqli olaraq Avropa Olimpiya oyunları heç vaxt keçirilməmiş və bu ilk tarixi hadisə idi.
Bununla yanaşı, məqalədə yazılır ki, son illər Azərbaycanda nəhəng müasir idman infrastrukturları yaradılmış, Azərbaycanın regionlarında daha 40 Olimpiya idman mərkəzi tikilib, Bakıda 60 min nəfərlik möhtəşəm "Olimpiya"stadionu inşa edilib. O da qeyd olunur ki, yaradılan bütün idman obyektləri Bakı şəhərində ən yüksək standartlara cavab verir. Azərbaycanın sürətli iqtisadi inkişafının bu qərarın qəbul edilməsində öz rolunu oynadığını və bu gün Azərbaycanın artıq bu Oyunların keçirilməsinə tam hazır olduğu məqalədə vurğulanır.
Olimpiya oyunlarının Təşkilat Komitəsinin Mehriban xanım Əliyevanın rəhbərliyi altında yüksək səviyyədə etimadın doğrultduğunu və bu hadisənin Azərbaycanın təbliğinə, Beynəlxalq Olimpiya hərəkatına mühüm bir töhfə olacağını qeyd edilir.
Məqalələrin tam versiyası ilə http://podrobno.uz/cat/world/mehriban-alieva3765/, http://uchildiz.uz linklərində tanış olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB