Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (ATM) "Tərcümə mərkəzinin kitabları" seriyasından işıq üzü görən nəşrlərinin və Mərkəzin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı jurnalının onlayn satışını həyata keçirmək üçün "Alo kitab" mağazası ilə əməkdaşlığa başlayıb. ATM-dan SİA-ya verilən məlumata görə, "Alo kitab"ın xidmətlərindən yararlanmaqla, Mərkəzin nəşrlərini təkcə Bakı, Abşeron və Sumqayıtdan deyil, bölgələrdən və Naxçıvan Muxtar Respublikasından da sifariş vermək mümkün olacaq.
"Tərcümə Mərkəzinin kitabları" seriyasından işıq üzü görən nəşrləri, həmçinin "Akadem Kitab", Bakı Kitab Klubu, "Akademiya" kitab mərkəzi, "Kitab.Az" mağazasından da əldə etmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB