Aşıq konserti təqdim olunacaq

İyunun 25-də Heydər Əliyev Sarayında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə "Yaxşı ki, sən varsan, ay sədəfli saz!" adlı böyük aşıq konserti keçiriləcək.SİA-nın verdiyi məlumata görə, konsertdə əməkdar mədəniyyət işçiləri Əhliman Rəhimov, Gülarə Azaflı, Nemət Qasımlı, Ədalət Dəlidağlı, Ulduz Quliyeva və Ağamurad İsrafilov çıxış edəcəklər.

Gecədə, həmçinin Cahangir Quliyev, Telli Borçalı, Zülfiyyə İbadova, Fəzail Miskinli, Solmaz Kosayeva, Əli Tapdıqoğlu, İlham Aslanbəyli, Avdı Musayev, Dəmir Vəliyev və digər aşıqların da ifaları dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə