Dövlət Musiqili Teatrında tamaşa təqdim ediləcək
“Kimdir müqəssir”

İyunun 21-də Azərbaycan Dövlət Musiqili Teatrı Ə.Haqverdiyevin "Kimdir müqəssir" tamaşasını təqdim edəcək. Teatrdan bildirilib ki, tamaşanın rejissoru İradə Gözəlova, rəssamı Nabat Səmədovadır. Rollarda Çingiz Əhmədov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Hüseyn Əlili, Gültac Əlili, Fəridə Məlikova, Elməddin Dadaşov oynayırlar.

Xatırladaq ki, teatrın səhnəsində tamaşanın premyerası 2013-cü il mayın 6-da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə