Aktyor, rejissor, müəllim, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi, Bakı Uşaq Teatrının bədii rəhbəri-direktoru İntiqam Soltanın ikinci kitabı olan "Və s. Və s. Və s." kitabının təqdimat və imza günü keçirilib. SİA-nın verdiyi məlumata görə, kitabda əsasən cəmiyyətdə rast gəlinən nöqsanlara qarşı qırmanclayıcı münasibət əks etdirən hekayələr, felyetonlar, müşahidələr, şeirlər və s. yer alıb.
İntiqam Soltanın "Səndən xəbərsiz" adlı ilk kitabı 2014-cü ilin mayında işıq üzü görüb.
Qeyd edək ki, təqdimatın sonunda Bakı Uşaq Teatrının aktyorlarının ifasında müəllifin kitabından parçalar səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB