Görkəmli hərbi xadim Vəli bəy Yadigarov haqda Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" studiyası və Polşanın "Kaleydoskop" kinostudiyası tərəfindən "Polkovnik" adlı sənədli film çəkilir. SİA-nın verdiyi məlumata görə, Vəli bəy Yadigarov rus çar ordusunun tərkibində I Dünya müharibəsində iştirak etmiş, Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda korpus komandirinin yanında eskadron komandiri olub. XI Qızıl Ordu Bakıya daxil olanda üçüncü Şəki süvari alayının pərakəndə dəstəsi ilə vuruşa-vuruşa Gürcüstan ərazisinə çəkilib. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə getmişdir. Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olub.
Çəkilişləri Azərbaycan, Polşa və Gürcüstanda aparılan filmin Gürcüstan və Polşa çəkilişləri artıq yekunlaşmış, Azərbaycan çəkilişlərinin isə iyun-iyul aylarında tamamlanması nəzərdə tutulub.
Filmin rejissorları Tahir Əliyev və Leji Lyubax (Polşa), ideya müəllifi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, prodüseri Nazim Hüseynovdur.
Filmin çəkilişlərində polşalı kinomatoqraflar da iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB