Azərbaycan rəssamlarının əsərləri Luvrda nümayiş olunacaq FOTOLAR
12 iyun tarixində Parisdə Luvr muzeyinin Carussel de Louvre qalereyasında təsviri sənət beynəlxalq festivalının açılışı olacaq. SİA-nın verdiyi məlumata görə, festivalda bir çox ölkələrdən gələn məşhur rəssamlarla yanaşı gənc istedadlar da öz əsərlərini nümayiş edəcəklər.
Ekspozisiyada Azərbaycanın məşhur rəssamı Əsmər Nərimanbəyovanın "Asmar Art" adlı pavilyonunda Esmira Güləhmədova, Cəmalə Rəhmanlı və Zərifə Əsədovanın əsərləri sərgilənəcək.
Qeyd edək ki, sərgi 3 gün davam edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB