Lənkəran Dövlət Dram Teatrı aparıcı teatr oldu

Lənkəran Dövlət Dram Teatrı aparıcı teatr oldu

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aparıcı teatr statusu alıb. SİA-nın Cənub bürosunun məlumatına görə, teatrın səmərəli yaradıcılıq fəaliyyəti və son illərdə əldə etdiyi nailiyyətlər nəzərə alnaraq bu ada layiq görülüb. Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə iyun ayının 1-dən teatrda çalışan işçilərin əmək haqqı 25 faiz artıb. T.Heydərov yaradıcı kollektivə göstərilən yüksək etmadı əməli işlə doğruldacaqlarını bildirib:"Çalışacağıq ki, bundan sonra da hazırladığımız tamaşalarla Azərbaycan teatrının inkişafına layiqli töhfəmizi verək".

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə