2014-2015-ci il oyun mövsümünə Klub hər iki dildə keçirilən sinxron və premyer liqa qaliblərinin mükafatlandırma mərasimləri və super final oyunu ilə yekun vurub. SİA-nın verdiyi məlumata görə, "Azərbaycan" İntellektual Oyunlar Klubu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil olunan və respublikanın ali təhsil müəssisələri arasında sinxron çempionat, hər şənbə günü Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Universiteti, Edinburq Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Kompyuter Kollecində keçirilir. Artıq 3-cü çempionata yekun vuruldu. Keçirilmiş ilk turlarda ümumlikdə 280 komandanın iştirakı qeydə alınıb. Sinxron çempionatın nəticələrinə görə birinci yerin sahibi ARPDİA komandası olan "Latsio", ikinci yer "Diplomaticos"( BDU), üçüncü yer "Şeş qoşa" (ATU) oldu.
Sinxron çempionatla paralel olaraq hər həftənin bazar günləri AİOK-un təşkilatçılığı ilə Azərbaycan və rus dillərində "Nə? Harada? Nə zaman?", "Fərdi Oyun" və "Breyn Rinq" formatında oyunlar keçirilir.
Nəzərinizə çatdıraq ki, suallar peşəkar redaktor heyəti tərəfindən tərtib olunur. Oyunda tələbələrarası sinxron çempionatlarda aktivlik göstərən ali müəssisələrini təmsil edən komandalar, intellektual hərəkatda aktiv olan tələbə gənclər və ümumi intellektuallar iştirak edir. Klub iki dildə oyunlar təşkil edən yeganə intellektual klubdur.
Nə? Harada? Nə Zaman? üzrə keçirilən İlk iki çempionatın qalibi "HİT" komandası olsa da mövsümdə liderliyi "Revolver" komandası əldə etdi. İkinci yerə "Hərum", 3-cü yerə isə "HİT" komandası sahiblənib.
Rus dilində keçirilən premyer liqanın qalibləri – 1-ci yer "Nevada", 2-ci yer "Лига Справедливости", 3-cü yer "Who run the world" komandaları olub.
Qeyd edək ki, bütün qalib komandalar klub tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB