Yeni film nümayiş olunub

Nizami Kino Mərkəzində bu gündən etibarən ABŞ- ın istehsalı olan "Cəsus" adlı filmin nümayişinə başlanıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, rejissor və ssenari müəllifi Pol Fiqin çəkdiyi "Cəsus" filmi döyüş və komediya janrındadır. Yaş məhdudiyyəti:16+

Baş qəhrəman Syuzi Kuper məxfi araşdırma agenti olmağı arzulayır və bu amalla ABŞ-ın mərkəzi kəşviyyat idarəsində işə düzəlir. Amma uzun müddət işləməyinə baxmayaraq karyera irəliləyişi olmur. Sonunda, xəyalından əl çəkməyən Syuzanın üzünə taleh gülür. Nüvə bombasının yerini öyrənmək tapşırığını almış, yaxşı hesabda olan agentlərdən biri işi batırır. Syuzan bu əməliyyatın öhdəsindən gələcəkmi?

Filmdə rolları Mellisa MakKarti, Cud Lou, Raad Ravi, Cessika Çaffin. Miranda Xart, Sem Riçardson, Keti Dippold, Romeyn Apelbaum, Rouz Birn, Riçard Breyk və digər aktyorlar canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə